Bakıda uşağın ağzından çıxan yad cisim təəccübləndirdi - 2 aydır bu vəziyyətdə... - FOTO

Bakıda uşağın ağzından çıxan yad cisim təəccübləndirdi - 2 aydır bu vəziyyətdə... - FOTOBakıda qəribə hadisə baş verib. Azyaşlı uşağın ağız nahiyəsində aşkar edilən yad cisim həkimləri təəccübləndirib.

BiG.AZ xəbər verir ki, bu barədə Milli.Az-a pediatr Günay Rəsulova məlumat verib:

"1 yaş 4 aylıq uşaq, 2 aydır ki damaqda şəkildə görünən "səpgi" şikayəti ilə 4 müxtəlif mərkəzdə fərqli müalicələr alıb. Fayda görməyincə bizə müraciət etdi. Nəticə tragikomik və eyni zamanda sevindirici oldu. 2 aydır "səpgi" adı ilə müalicə edilməyə çalışılan, əslində, yad cisim imiş. Təsbit etdik və qulaq burun boğaz həkimi tərəfindən çıxarıldı. Onu haradan, necə tapıb çıxarıb damağına tıxayıb, o ayrı bir istedad və şedevr nümunəsidir.

Körpədə sərbəst gəzməyə başladığı andan etibarən, hər şeyi ağız dadı ilə kəşf etmə çabaları da olduğu üçün valideynlərin gözü, qulağı, bütün diqqəti üzərlərində olmalıdır. Artıq iki, ya üçüncü dəfədir eyni narahatlıqla qarşılaşırıq. "Yad cisim" təhlükəsi 5 yaşa qədər uşaqların ən böyük həyati təhlükəsidir.

Əllərinə çərəzlər (fındıq, qoz, badam) sürüşkən konfetlər, yumru, uda biləcəyi ölçüdə əşyalar, dəmir pul, sərt qabıqlı meyvələr, batareyası olan oyuncaqlar qətiyyən verməyin. Onları bütün təhlükələrdən qorumaq bizim əsas borcumuzdur".

Bakıda uşağın ağzından çıxan yad cisim təəccübləndirdi - 2 aydır bu vəziyyətdə... - FOTOBakıda uşağın ağzından çıxan yad cisim təəccübləndirdi - 2 aydır bu vəziyyətdə... - FOTOBakıda uşağın ağzından çıxan yad cisim təəccübləndirdi - 2 aydır bu vəziyyətdə... - FOTOBakıda uşağın ağzından çıxan yad cisim təəccübləndirdi - 2 aydır bu vəziyyətdə... - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2704   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş