Yuxarı sinif və ali məktəblərdə ənənəvi dərslər BU QAYDADA başlaya bilər

Yuxarı sinif və ali məktəblərdə ənənəvi dərslər BU QAYDADA başlaya bilərXəbər verdiyimiz kimi, Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur. Belə ki, Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq. Bu gün hər kəsi maraqlandıran sual yuxarı siniflər və ali məktəblərdə ənənəvi təhsilin nə zaman bərpa ediləcəyi ilə bağlıdır.

BiG.AZ xəbər verir ki, bununla əlaqədar Sonxeber.az-ın sualını cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, bu barədə konkret qərar verilməyib:

"İlkin mərhələdə fevralın 1-dən ənənəvi təhsil ibtidai siniflər üçn qismən bərpa edilir. Yuxarı siniflər və ali məktəblərdə isə ənənəvi təhsilin bərpasında xüsusi yanaşma olmalıdır. Bu xüsusi yanaşma həm müəllimlər, həm də direktor, dekan və universitet rəhbərləri tərəfindən düzgün şəkildə həyata keçirilməlidir. İbtidai sinifi idarə etmək asandır. Hətta sinifdə 40 şagird olsa belə, onu iki yerlə bölərək idarə etmək olur. Yuxarı sinifləri isə idarə etmək müəyyən qədər çətindir. Amma düşünürəm ki, bunu mərhələli şəkildə etmək olar. Çünki yuxarı siniflərin də təhsili önəmlidir. Bu, ali məktəblərə də aiddir. Belə ki, qruplara bölərək həftədə 3 gün ənənəvi dərsləri bərpa etmək olar. Otağın ölçüsünü nəzərə alaraq, yuxarı siniflər və ali məktəblərdə yaxın zamanlarda ənənəvi təhsil bərpa oluna bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2347   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş