Azərbaycanda indiyədək peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda indiyədək peyvənd olunanların sayı AÇIQLANDIAzərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabientinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

"İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir", - hökumətin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş