İt çayda boğulan uşağın həyatını xilas etdi - VİDEO

İt çayda boğulan uşağın həyatını xilas etdi - VİDEOAvstraliyada it çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas edib.

"Daily Mail"in məlumatına görə, hadisə Onkaparinga şəhərində baş verib.

Bildirilir ki, yerli sakinlərdən Rob Osborn iti ilə sahildə gəzərkən çayın ortasında boğulan bir uşaq görüb.

"Axın oğlanı dərinliyə, böyük daşlara doğru aparırdı. Onu ölümdən saniyələr ayırırdı", - deyə Osborn olanları xatırlayıb.

O, suya atılmağa imkan tapmamış iti Maksın artıq oğlana tərəf üzdüyünü görüb.

Osborn uşağa köpəyi adı ilə çağırmağı və heyvanın əynində olan xilasetmə gödəkçəsindən tutmağı tapşırır. Uşaq onun dediyi kimi edir və it onu quruya çıxardır.

"Maks mütləq bir qəhrəmandır, sadəcə bu barədə bilmir", - deyə itin sahibi qürurla bildirib. Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 454   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş