"Sadakatsiz"də gözlənilməz ayrılıq

"Sadakatsiz"də gözlənilməz ayrılıqYayımlandığı ilk gündən reytinq rekordu qıran "Sadakatsiz" serialında aktyor ayrılığı yaşanıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, əsas rollardan birini canlandıran Eren Vurdem layihəni tərk edib. Onun serialdan ayrılması ssenariyə edilən dəyişiklik əsasında reallaşıb.

Aktyor bununla bağlı sosial media hesabında paylaşım da edib:

"Əziz izləyicilərimiz, ssenariyə əsasən "Sadakatsiz" heyəti ilə yollarımızı ayırdıq. Siz canlandırdığım Mert obrazına görə məni hər zaman təhqir etdiniz. Demək ki, obrazı lazımınca ifa edə bilmişəm. Layihədə qalan bütün dostlarıma uğurlar arzu edirəm".

Qeyd edək ki, ekran işinin baş rollarında Caner Cindoruk və Cansu Dere kimi aktyorlar çəkiliblər. Serialın rejissorluğunu Neslihan Yeşilyurt edir.
"Sadakatsiz"də gözlənilməz ayrılıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2669   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş