Azərbaycanda baş həkim işdən çıxdı

Azərbaycanda baş həkim işdən çıxdıŞəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tutduğu vəzifədən azad olunub.

BiG.AZ xəbər verir ki, bu barədə BAKU.WS-ə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:

"Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi"- Y.Quliyev bildirib.

Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1535   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş