Bu məşhur süni mayalanmayla əkiz uşaq anası olacaq
"Hilton" otellər şəbəkəsinin varisi, müğənni-dicey Peris Hilton ana olmaq qərarına gəlib.
BiG.AZ xəbər verir ki, 39 yaşlı müğənni bunun üçün süni mayalanma proseduruna da başlayıb. Peris oğlan və qız əkizlərinin anası olmaq üçün bu üsula üz tutub.
Uşaqların atası isə onun sevgilisi Karter Reum olacaq.
Qeyd edək ki, sənətçi bir müddət bundan öncə vaxtından əvvəl ərə getməmək və uşağın atasının seçimi ilə bağlı səhv etməmək üçün yumurtalarını dondurduğunu açıqlamışdı./Axşam.az
BiG.Az


Şou biznes Baxılıb: 1683 Tarix: 27 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş