Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyətTürkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 132 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 489 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 8 803 nəfər sağalıb, ağır xəstə sayı isə 1 765 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 449 839 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 331 314 nəfər sağalıb, 25 476 nəfər isə ölüb./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 27 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş