Aktrisa iki ildir kirayə haqqını ödəyə bilmir

Aktrisa iki ildir kirayə haqqını ödəyə bilmirTürkiyəli iş adamı Yusuf Araz Kemerburgaz da yerləşən lüks villasını uzun müddətdir aktrisa Defne Samyeliyə kirayəyə verib.

BiG.AZ bildirir ki, maliyyə probleminə görə tərəflər arasında xeyli müddətdir gərginlik yaşanır. Belə ki, Defne ötən ilin martından aylıq kirayə haqqı olan 16 min 720 lirəni (yəni 3 min 862 manatı) ödəmir.

Bundan əsəbiləşən iş adamı Samyelinin qaldığı mənzilə həbs qoydurub. Evdə aktrisaya məxsus bahalı əşyaların hamısı müsadirə edilib.

Yusufun vəklili Iyaz Çimen Defnenin evdən çıxması və 2 illik kirayə haqqını ödəməsi üçün onu məhkəməyə verdiklərini bildirib./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2200   Tarix: 27 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş