İstifadə olunan maskalarla bağlı YENİLİK

İstifadə olunan maskalarla bağlı YENİLİKRusiyanın Sibir ərazisində alimlər istifadə olunan qoruyucu maskaları tikinti materiallarına çevirməyi planlaşdırırlar.

Tibbi maskalar olduqca təhlükəli tullantıdır, uzun müddət çürüyürlər və bundan da pisi, özləri də virus mənbəyidir.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri namizədi Lyudmila Perepecko "Kuzbass"a açıqlayıb:

"Onlar 50-200 il müddətinə çürüyən sintetik maddələrdən hazırlanır. Bundan əlavə, onlar özlərində COVID-i və insanların nəfəsi ilə buraxılan digər virusları toplayaraq ətraf mühiti çirkləndirirlər".

Alimlər istifadə olunan maskaları məhv etmək üçün elektroplazma sobası istifadə etməyi planlaşdırırlar. İnstitutda qurulan qurğuda maskalar qəbulediciyə buraxılır və plazma qazlaşdırılmasından keçir. Nəticədə əldə edilən məsələn, tikintidə istifadə edilə bilən artıq təhlükəsiz şlak və sintez qaz əldə edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1040   Tarix: 27 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş