Tanınmamaq üçün elə geyindi ki... - Fotolar
Ötən gün hollivud ulduzu Şarliz Teron kamerlara tuş gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Beverly Hills"dəki alış-veriş mərkəzlərindən birinə yollanan aktrisa geyimi ilə xeyli diqqət çəkib.
Tamamilə qapalı geyinən, hətta üzünü də filtrli maskası ilə gizlətməyə çalışan Teron tanınmamaq üçün əlindən gələni edib. O, bu cəhdlərinə baxmayaraq yenə də kameraların obyektivindən yaxa qurtara bilməyib.
45 yaşlı aktrisanın çox alış-veriş etməsi də gözlərdən yayınmayıb. Teron aldıqlarını güclə avtomobilinin yük yerinə yerləşdirməyə çalışıb. Aktrisanın koronavirus səbəbilə çölə çıxa bilmədiyi üçün bu qədər çox bazarlıq etdiyi bildirilib.
BiG.Az


Şou biznes Baxılıb: 2064 Tarix: 27 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş