Dünyada İLK: Kişiyə yeni qol köçürüldü

Dünyada İLK: Kişiyə yeni qol köçürüldüFransada dünya tibbində ilk dəfə olaraq xəstəyə hər iki qolun transplantasiyası əməliyyatı keçirilib.

BiG.AZ xəbər verir ki, 48 yaşlı islandiyalı kişi elektrik zərbəsindən hər iki qolunu itirmişdi. Cərrahlar onun üzərində bir neçə ağır əməliyyatlar keçirmişdilər. Lakin ən çətini hər iki qolun yenidən köçürülməsi idi. Əməliyyat 15 saat davam edib.

Xəstəyə köçürülən qollar meyit orqanıdır.

Qolların əməliyyatdan sonra hərəkət səviyyəsi yaxın vaxtda məlum olacaq. Hələ ki, pasiyentin vəziyyəti stabildir./"Medicina.az"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1636   Tarix: 26 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş