Yad adam bir neçə həftə uşaqlı qadının evində GİZLİNCƏ YAŞADI - FOTO
Avstraliyanın Kvinslend ştatında maraqlı hadisə baş verib.
BiG.AZ xəbər verir ki, bu barədə News.com.au yazır.
Belə ki, Monika Qrin adlı qadın evinin çardağında həftələrlə yad adamın yaşadığını aşkarlayıb.
Daha öncə o, evində əşyaların ittiyini, yaxud öz yerində olmadığını müşahidə etsə də, buna bir açıqlama tapa bilmirdi. Lakin yanvarın 18-də evə həmişəkindən daha tez qayıtdıqda hər şeyin dağınıq olduğunu, mətbəxdə, yarıbişmiş toyuq naggetsini, kondisionerin yandırıldığını, giriş qapısının isə açıq olduğunu görərək polis çağırıb.
Hadisə yerinə gələn polislər damdan çardağa açılan qapının aralı olduğunu aşkarlayıblar.
"Bu, qorxulu filmləri xatırladırdı. Niyə o, çardaqda gizlənib? Niyyəti nə olub? Bizə zərər yetimək istəyibmi? Bəlkə, övladlarımdan birini oğurlamaq istəyib?" - deyə qadın çaşqınlığını ifadə edib.
Qrin hesab edir ki, həmin şəxs onun avtomobilinin açarlarını oğurlayaraq ev açarlarını əldə edib.
Faktla bağlı araşdırma aparılır. "Çağırılmamış qonaq" axtarılır.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş