Övladını məktəbə göndərməyənlər BUNU ETMƏLİDİR

Övladını məktəbə göndərməyənlər BUNU ETMƏLİDİR"Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər".

BiG.AZ xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Real İntervyu" verilişinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır:

"Həmin valideyn övladının distant təhsilinə cavabdehdir. Övladı məktəbə gəlməsə də, qiymətləndirmədə iştirak etməlidir".

"Şagird distant təhsildən kənardısa, qiymətləndirmədə necə iştirak edəcək?" sualına M.Vəliyeva belə cavab verib: "Bildirim ki, fevralın 1-dən sonra distant təhsil zamanı qiymətləndirmədə iştirak etməyənlər 1 ay ərzində qiymətləndirmədə iştirak edə biləcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 914   Tarix: 26 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş