Ana karantinə görə 10 yaşlı xəstə oğlunu boğub, öldürdü - FOTO
Pandemiya səbəbindən tətbiq olunan karantin rejimində ağır stres keçirən qadın doğma övladını boğaraq öldürüb.
BiG.AZ Milli.Az-a istinadla xəbər verir ki, Londonda yaşayan 40 yaşlı Olqa Freeman adlı qadın 10 yaşlı autizm xəstəliyindən əziyyət çəkən oğlunu boğaraq öldürdüyünü etiraf edib.
Qadın 10 yaşlı oğlu Dylanın ağzına süngər salaraq onu öldürdüyünü söyləyib. O, bildirib ki, koronavirusa görə tətbiq olunan karantin rejimi səbəbindən sağlamlıq mərkəzləri və məktəblər bağlı olub və həftələrlə oğlu evdə baxımsız qalıb.
Qeyd edək ki, Olqa Freeman britaniyanın məşhur fotoqrafının keçmiş xanımı olub.
BiG.Az


Xəbərlər Baxılıb: 2003 Tarix: 25 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş