Adel boşanmaq üçün razılığa gəldi

Adel boşanmaq üçün razılığa gəldiDünyaca məşhur müğənni Adel həyat yoldaşı Saymon Konekki ilə 2019-cu ildə yollarını ayırsa da, rəsmi olaraq boşanmamışdı.

BiG.AZ xəbər verir ki, "Us Weekly" nəşrinin yaydığı məlumata görə, cütlük bu yaxınlarda boşanma müqaviləsi ilə bağlı razılığa gəlib və yanvarın 15-də ayrılmaq üçün sənədlərini məhkəməyə göndərib.

Bu müddət ərzində isə onlar əmlakın bölüşdürülməsi, borcların ödənilməsi, eləcə də 8 yaşlı övladları Ancelonun üzərində qəyyumluq məsələsini həll ediblər.

Qeyd edək ki, Adel və Saymon Konekki 2020-ci ilin martında boşanma iddiasının detalları ilə bağlı məxfilik sazişi imzalayıblar. Onlar 2011-ci ildə tanış olub, 2017-ci ildə isə evləniblər./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 884   Tarix: 25 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş