Xırdalanda PARTLAYIŞ BAŞ VERİB
Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 1223 Tarix: 25 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş