Uzun müddətli iş rejimi xəstəliyə səbəb olur

Uzun müddətli iş rejimi xəstəliyə səbəb olurAmerika Biləşmiş Ştatlarında 3500 işçi üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, uzun müddət çalışmaq , gizli hipertoniya da daxil olmaqla yüksək qan təzyiqi kimi xəstəliklər yaradır.

BiG.AZ xəbər verir ki, bu haqda Amerikada nəşr edilən "Hypertension" jurnalında məlumat yer alıb.
Həftədə 49 saatdan artıq işləməyin gizli hipertoniya ehtimalını yüzdə 70% artırdığı məlum olub.

Tədiqiqatlar zamanı, işdəki stress, yaş, cinsiyyət, təhsil səviyyəsi kimi amillər nəzərə alınaraq qiymətləndirilmə aparılıb.

Mütəxəssislər bildirir ki, insanlar uzun iş saatlarının onların sağlamlığını təhlükə altına atdığını anlamalı və bu iş rejiminə davam edəcəkləri təqdirdə mütləq tez-tez həkim müayinəsindən keçməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox hipertoniya xəstəsi var. Yüksək qan təzyiqinin ürək xəstəlikləri, insult və bəzi hallarda ölüm ehtimalını artırdığı bildirilir. Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 479   Tarix: 25 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş