Məşhur aktrisa ƏRƏ GEDİR

Məşhur aktrisa ƏRƏ GEDİRAktrisa Nurgül Yeşilçay ilə prodüser sevgilisi Necati Kocabay evlənmək qərarı alıb.

BiG.AZ xəbər verir ki, pandemiyaya görə bir dəfə toylarını təxirə salan cütlük artıq tarixi dəqiqləşdiriblər.

Yeşilçay "Pandemiya bitsə, yayda toy edəcəyik. Dəqiq tarix hələ məlum deyil. Amma astroloqlarla görüşdük, onlar tarix dedilər. Həmin tarixə baxacağıq" sözlərini söyləyib.

Aktrisa Necatidən əvvəlki münasibətlərindən danışaraq, peşman olduğunu etiraf edib:

"Həyatımı Necatidən əvvəl və sonraya ayırdım. Ondan əvvəl qarışıq münasibətlər yaşayırdım. 40 yaşımda tək idim və dedim ki, etməyəcəm, belə axmaq münasibətlər yaşamayacam. Sonra Necati ilə tanışdım. Ən çox diqqətimi çəkən kübar olması idi. İlk dəfə ondan bir şey istəyə bilirəm. İnsanın hər şeyi təkbaşına həll etməyə çalışması ağırdır"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2285   Tarix: 25 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş