Samirə "Eurovision"da zəfər mesajı verəcək
Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndi üçün 8 mahnı seçilib. Bu barədə "İnfe Azerbaijan" məlumat yayıb. Qeyd olunub ki, sözügedən bəstələrdən biri "focus group" tərəfindən seçiləcək.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Samirə bu dəfə fərqli tərzdə tamaşaçı qarşısına çıxacaq. İddia olunur ki, Əfəndi "Eurovision" səhnəsində ballada ifa edəcək və Azərbaycanın Ermənistan üzərində qalibiyyətini nəzərə alaraq zəfərlə bağlı ifadələrə üstünlük veriləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl İTV müsabiqə üçün mahnı qəbulunu fevralın 1-nə qədər uzadıb.
BiG.Az


Şou biznes Baxılıb: 1372 Tarix: 25 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş