Fransızlardan susmaları və telefondan istifadə etməmələri istənildi

Fransızlardan susmaları və telefondan istifadə etməmələri istənildiFransada koronavirusun yayılma riskini azaltmaq üçün sakinlərdən ictimai nəqliyyatda səyahət edərkən danışmamaları və mobil telefonlardan istifadə etməmələri istənilib.

Lenta.ru-nun məlumatına görə, müvafiq tövsiyələr Fransa Tibb Akademiyasının veb saytında yerləşdirilib.

Mətndə qeyd olunur ki, nəqliyyatda tibbi maska ​​taxma tələbi ilə yanaşı, mobil telefon istifadəsi və danışma qadağaları əlavə edilməlidir.

Akademiyanın mütəxəssisləri həmçinin yalnız cərrahi maskalar taxmağa çağıran ölkənin Səhiyyə naziri Olivye Veranın sözləri ilə razılaşmayıblar. Həkimlərin fikrincə, bu çağırışın heç bir elmi əsası yoxdur.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1244   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş