Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötübRusiyada son sutka ərzində daha 21 127 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

BiG.AZ APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 3 719 400 nəfərə çatıb.

Son sutka ərzində 491 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 69 462 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 352   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş