Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilibFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində "Mercedes" markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş