Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEO

Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEODistant təhsilin geniş yayıldığı bir dövrdə ölkəmizdə xaricdə distant formada təhsil alan şəxslərin diplomu hələ ki, tanınmır.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Musa Qasımlı hazırda bununla bağlı müəyyən problemlərin yaşandığını bildirib.

Onun sözlərinə görə, distant formada təhsil alan şəxslərin diplomlarının tanınması məsələsi gələcəkdə həllini tapacaq.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib ki, dünyanın nüfuzlu ali məktəblərində distant formada təhsil almaq mümkündür. Bu yöndə Azərbaycanda fəaliyyət göstərən universitet rektorları ilə müzakirələr də aparılıb.

İlqar Orucov hesab edir ki, bu cür təhsil formasına keçməklə tələbə mübadiləsini sürətləndirmək və ölkəyə əlavə vəsaitlərin cəlb olunmasına şərait yaratmaq olar.

Təhsil Nazirliyindən isə bildirilib ki, distant təhsil diplomlarının tanınması ilə bağlı problem "Təhsil haqqında" yeni qanun qəbul olduqdan sonra öz həllini tapa bilər. Bununla bağlı müzakirələrin Milli Məclisin yaz sesiyasında aparılacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1063   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş