Komada qalan və 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - FOTOLAR

Komada qalan və 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - FOTOLARDörd aydır xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi Sadiq Şükürovun səhhəti yaxşılaşmağa doğru gedir.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda qazinin anası Kifayət Şükürova məlumat verib.

Onun sözlərinə görə, oğlu oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb və bu müddət ərzində üç dəfə əməliyyat olunub. Axırıncı əməliyyatdan sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş var:

"Sadiqin sonuncu - ağciyər əməliyyatı çox ağır əməliyyat idi. 30 faiz sağalma şansı ilə əməliyyata girmişdi. Şükür Allaha, əməliyyatdan sağ-salamat çıxdı, artıq düzəlir, yeməyi yaxşıdır. Amma hələ ki, aparata qoşuludur. Yeriyə bilməsi üçün ayaqları masaj olunur".

Qazinin anası bildirib ki, Sadiqlə xəstəxanada müalicə aldığı bu aylar ərzində cəmi bir dəfə, özü də bir neçə dəqiqəlik görüşə biliblər:

"Oğlum yaralananda Mərkəzi Hərbi Hospitala aparılıb. 1,5 ay orada komada olub. Sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb, orada ağciyərlərindən əməliyyat olunub. Oradan Tədris-Cərrahiyyə klinikasına köçürülüb və bir dəfə də əməliyyat olunub. Vəziyyəti ağırlaşdığından 3-cü dəfə də əməliyyata alıblar. Yeriməsi üçün bundan sonra da əməliyyat olunacaq. Ağır yaralı olduğuna görə bu 4 ay ərzində biz onunla cəmir bir dəfə - bir neçə dəqiqəlik görüşə bilmişik".

Qeyd edək ki, Sadiq Şükürov 1991-ci ildə Ağcabədi rayonunda anadan olub. Müharibə başlayandan iki gün sonra - sentyabrın 29-u ön cəbhəyə yollanıb. Oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərində sağ qolundan, ağciyər və bel nahiyəsindən ağır yaralar alıb. Ayaqlarından aldığı yaralardan müvəqqəti yerimə qabiliyyətini itirib.

Komada qalan və 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - FOTOLARKomada qalan və 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2559   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 591
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 365
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 242
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1036
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 185
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 401
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1568
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 222