18 yaşına qədər uşaqlar COVID-19 əleyhinə peyvənd edilə bilərmi? - Həkim-infeksionist cavab verib

18 yaşına qədər uşaqlar COVID-19 əleyhinə peyvənd edilə bilərmi? - Həkim-infeksionist cavab veribÖlkəmizdə bir aydan çox sərt karantin rejimi tətbiq olundu. Nəticədə koronavirusa yoluxma saylarında kifayət qədər azalma müşahidə edildi. Hazırda COVID-19 əleyhinə vaksinlərin gəlməsi və tətbiqinin başlaması ilə bağlı olaraq karantin rejimi müəyyən qədər yumşaldıldı. Ümid edirəm ki, yanvarın 18-dən başlanan vaksinasiya prosesini yaxın günlər ərzində geniş əhali kütləsi arasında tətbiq edə biləcəyik. Bu da sərt karantin rejiminə bir daha ehtiyac yaranmamasına ümid verir.

Xezerxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

"Bəzi vətəndaşlar elə düşünürlər ki, vaksin olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Biz virus daşıyıcısı ola bilərik. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların formalaşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil.

Pandemiyalarla, xüsusilə respirator pandemiyalarla mübarizədə bir neçə mərhələ var. Bütün dünya, o cümlədən ölkəmiz həmin mərhələlərdən keçib. Onların heç biri ideal mexanizm hesab olunmur. Hər bir tədbirin üstün və çatışmayan cəhətləri var. Növbəti tətbiq olunan tədbir özündən əvvəlkinin boşluqlarını doldurur. COVID-19 pandemiyası zamanı bəzi vətəndaşları maska istifadəsi və gigiyena qaydaları ilə qoruduq. Həmin üsullarla qoruna bilməyənlər kütləvi məkanlardan uzaq durmaqla mühafizə olundular. Bəziləri özlərində xəstəliyi vaxtında aşkarlayıb izolyasiya olunmaqla ətrafdakıları qorudular. Son və ən effektiv mərhələ isə sırf vaksinasiya mərhələsidir. Vaksinasiya özündən əvvəlki boşluqları doldurmaqla ideala yaxın bir nəticə əldə etməyimizə kömək edə bilər. Dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik", - deyə N.Mustafayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Çin istehsalı olan "Sinovac" şirkətinin peyvəndinə üstünlük verdi: "İkitərəfli danışıqlar davam etdirilir. Yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub. Ümid edirəm ki, ilin sonunadək başqa vaksinlərdən faydalanmaq imkanımız olacaq".

Həkim-infeksionist bildirib ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılacaq. Məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır.

"Dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül və ciddi yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində vaksin vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olacaqlar. Bu da çox nadir hallarda ölümlə nəticələnir. Yəni bu milyonda bir halda baş verə biləcək hadisədir. Belə hal daha çox əks-səda doğuracaq, nəinki peyvəndin müsbət tərəfləri. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilaktik şok baş verə bilər. Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni kimsə peyvənd olundu xəstələnmədi, faydasını gördü hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə onu yadda saxlayırlar. Bu da əhali arasında sürətlə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət COVID xəstəliyinə qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar, sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır", - deyə N.Mustafayeva qeyd edib.

Mütəxəssisin sözlərinə görə, peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur: "Xəstəliyi keçirib qanında İgG formalaşanlar da peyvənd vurdura bilərlər. Yetər ki, xəstəliyin aktiv dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə belə peyvənd vurula bilər. Elmi olaraq bunun üçün heç bir əks-göstəriş yoxdur. Tədqiqatlar göstərir ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar. Peyvəndə tələbat daha çox olduğu və vaksin sayı az olduğu üçün həmin şəxsləri müəyyən müddət peyvəndləmə prosesindən uzaqda saxlamaq tövsiyə olunur. Əgər sistemdə son altı ay ərzində pozitiv nəticəsi qeydə alınan şəxs varsa, o, peyvənd üçün müraciət etdikdə sistemdə görünəcək. Həmin şəxslər bir müddət peyvəndə cəlb olunmayacaqlar. Digər qruplara, yəni əhalinin xəstəliyi keçirtməyən hissəsinə, keçirmiş olsa belə risk qrupuna daxil olan şəxslərə ilkin olaraq daha çox üstünlük veriləcək.

18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünki onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur. Hazırda COVID xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.

Bir neçə ay öncə ölkəmizdə qrip peyvəndinin tətbiqinə başlanılıb. Hazırda bu proses də davam etdirilir. İnaktiv peyvəndlərdə peyvənddən iki həftə sonra növbəti vaksin vurula bilər. Qrip, meninqokok, pnevmokok, hepatit A, B əleyhinə vaksin vurulanlar iki həftədən sonra koronavirusa qarşı peyvənd oluna bilərlər. Canlı peyvənd – suçiçəyi, vərəm əleyhinə vaksin vurduranlar isə bir aydan sonra koronavirusa qarşı peyvənd oluna bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1323   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788