Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğuldu

Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğulduBu gün Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, şəhid Mikayıl Mikayılzadənin oğlu dünyaya gəlib.

BiG.AZ-ın modern.az-a istinadən məlumatına görə, bunu Bayıl 5 saylı Doğum evinin həkimi Nazilə Xudaquliyeva bildirib.

Həkimin sözlərinə görə, Şəhid Mikayıl övladının adını Uğur qoymağı arzulayırmış:

"Təəssüf ki, üzünü görə bilmədi. Balaca Uğur Hadrutdan Şuşaya qədər şərəfli döyüş yolu keçən atasının yolunu davam etdirəcək. Hər zaman onunla fəxr edəcək. Məkanın Cənnət olsun, Şəhidim. Biz ömür boyu sizə borcluyuq!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1082   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş