Vətən müharibəsinin qəhrəman sürücüləri: "Qəfildən yola güllələr yağdırıldı" - FOTOLAR

Vətən müharibəsinin qəhrəman sürücüləri: "Qəfildən yola güllələr yağdırıldı" - FOTOLAR2020-ci il sentyabrın 27-də düşmən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək təmas xəttindən ərazilərimizə hücum etdi. Ordumuzun bölmələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə ordumuzun əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi.

"Report" xəbər verir ki, "Azərbaycan Ordusu" qəzeti müharibədə fərqlənən hərbi sürücülərlə bağlı reportaj hazırlayıb.

Gizir Kərəm Cəfərov Tovuzun Əlibəyli kəndində anadan olub. Uşaqlığından ermənilərin kəndə həmlələrini görüb, artilleriya mərmilərinin törətdiklərini görüb, qəlpələrdən ölənləri, yaralananları görüb. O illərdə uşaqlar yaşından tez böyüyürdü…

Kərəm müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından tərxis olunub. Ancaq ürəyi onu yenidən hərbi xidmətə çəkib. Bu, ruhun ömürdən tələbi idi; müddətdən artıq həqiqi hərbi xidmətə qayıdıb. "Həmin gün özümü dünyanın ən bəxtəvəri sanırdım. Niyə? Ona görə ki, Ali Baş Komandan döyüş əmri verəndə səfərbərliyi gözləməyəcəkdim, döyüşən ordunun tərkibində döyüşlərə qoşulacaqdım…" - o deyib.

Gizir Kərəm Cəfərov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O döyüşləri də qürurla xatırlayıb: "Döyüşənlərə hərbi sursat aparırdım. Qəfildən yola, qarşıma güllələr yağdırıldı. Ani olaraq döyüşə qoşulmaq istədim. Maşında olan silah-sursatın vaxtında çatdırılmasının məsuliyyətinə görə xırda bir manevrlə yoluma davam etdim. Çatanda komandirim düzgün qərar qəbul etdiyimi bildirdi. Bu, döyüşlərdə sürücünün nə zaman necə hərəkət etməli olduğuna əvvəldən bildiklərimə əlavə bir örnək oldu…".

Gizir Kərəm Cəfərov Murovdağ istiqamətinə ezam edilib. İşğaldan azad edilmiş Kəlbəcərə yük daşıyır. Bir vaxtlar hərbi sursat daşıyan sürücü sevinclə bildirib ki, Kəlbəcərdə düşmənin uçurub-dağıtdığı evlər yenidən tikiləcək, camaat kəndlərinə qayıdacaq, Kəlbəcərdə işğaldan əvvəlki yaşayış təmin ediləcək. Onda mən də qürurlanacam ki, qarda-buzda, çətin relyefli yollarla Kəlbəcərə nə göndərilibsə, itkisiz, qəzasız çatdırmışam, yəni, hərbi tapşırığı məsuliyyətlə yerinə yetirmişəm…".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Etibar Qurbanov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəndir. 2011-ci ildə, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. "Ermənilərin erməniliyinə uşaq yaşlarımdan bələdəm. Məni hərbi xidmətə tələsdirən digər amillərlə bir sırada bəlkə də bu bələdlik də vardı. Müəllimlərim deyirdi ki, Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan siz azad edəcəksiniz. Bu, sinif yoldaşlarım kimi mənim də niyyətimə, istəyimə çevrilmişdi. Həqiqi hərbi xidmətdən sonra yenidən xidmətə qayıtmağım da məhz bu niyyətlə, bu istəklə bağlıdır".

Kiçik çavuş Etibar Qurbanov 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Həmişə ön xətdə xidmət edib.

Kiçik çavuş Etibar Qurbanov Vətən müharibəsində komandanlığın əmri ilə müxtəlif mövqelərə, döyüşlər gedən ərazilərə zəruri sursatlar daşıyıb. "Sentyabrın 27-nə kimi belə daşımaları adiliklə icra edirdik. Bilirdik ki, qəfil həmlə ilə, pusqu ilə üzləşməyəcəyik. Yolu həyəcansız gedirdik. Vətən müharibəsində belə daşımalar xeyli məsuliyyət tələb edirdi. Bilirdik ki, sursatı vaxtında çatdırmalıyıq. Xırda bir gecikmə gözlədiyimiz qələbəni ləngidə bilər. Heç birimiz buna yol vermədik…".

"Sürücülük kursunda bizə bu haqda deyilmişdi. Onda nə vaxtsa hərbçi olaraq belə vaxtlarda, belə şəraitlərdə yük dolu maşın idarə edəcəyimizi güman edirdik. Ancaq təcrübə başqa şeydi. Biz belə yollarda, həm də qışda yüklü maşın idarə etməyə müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə alışmışıq. İndi Kəlbəcərə yük aparırıq. Erməniləri məğlub etdik, birdəfəlik məğlub etdik, təbiətin çətinliklərini də ram edirik…" - kiçik çavuş Etibar Qurbanov deyib.

"Kəlbəcərə ilk gedişimi heç zaman unutmayacam. Əmri uğurla yerinə yetirdik. Vətən müharibəsində Qələbədən sonra Kəlbəcərdə sinə dolusu nəfəs aldıq, həvəslə su içdik.

Vətən müharibəsində bütün qoşun növləri qətiyyətlə döyüşdü. Azərbaycan Ordusu belə döyüşdüyü üçün müharibə qələbə ilə 44 günə başa çatdı."

Kiçik çavuş Mikayıl Aslanovun bu xatırlatması göstərir ki, Vətən müharibəsində hər sürücü belə vəziyyətlərlə üzləşib: "Yaxınlığına mərmi düşdüyü vaxtlar da olub. Sürücü hər cür gözlənilməzliklərə hazır olmalıdır ki, hərbi əmri yerinə yetirə bilsin…".

Mikayıl da Tovuzun Yuxarı Öysüzlü kəndindəndir. Etibarla bir sinifdə oxuyublar. Sinif yoldaşının həm də hərbi xidmət yoldaşı olması nə qədər duyğulandırıcıdı!..

Kiçik çavuş Səbuhi Həsənov hərbi xidmətə universitetdə təhsil aldıqdan sonra çağırılıb. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə işləyib. Oxuduqları, eşitdikləri düşüncələrinin sunamisinə dönüb; belə duyğuları vətənpərvərlik yaradır, vətənpərvərliyin ilkin yozumu torpaqlarımızın müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi olub. O da yenidən hərbi xidmətə qayıtmağa qərar verib - Ali Baş Komandanın əmri ilə başlanacaq döyüşlərin iştirakçısı olmaq üçün.

2020-ci ilin iyul döyüşlərinin də iştirakçısı olmuş kiçik çavuş Səbuhi Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçusu olmasından, Vətən müharibəsində iştirakından qürurlandığını dedi…

Hərbçi sürücülərimizin işğaldan azad edilmiş rayonlarımıza aparacağı yüklər quruculuq yükləri olacaq; hərbçi sürücülərimiz işğaldan azad etdikləri ərazilərdə quruculuq işlərinin də hərbçi icraçıları olacaqlar…

Vətən müharibəsinin qəhrəman sürücüləri: "Qəfildən yola güllələr yağdırıldı" - FOTOLARVətən müharibəsinin qəhrəman sürücüləri: "Qəfildən yola güllələr yağdırıldı" - FOTOLARVətən müharibəsinin qəhrəman sürücüləri: "Qəfildən yola güllələr yağdırıldı" - FOTOLARVətən müharibəsinin qəhrəman sürücüləri: "Qəfildən yola güllələr yağdırıldı" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5171   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 136
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 938
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 199
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 930
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 205
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1184
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 89
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 259
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 330