"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - "Qaraca qız" filminin Xədicəsi...

"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - "Qaraca qız" filminin Xədicəsi..."Qaraca qız" filminin Xədicəsi Leyli Axundova Moderator.az-ın suallarını cavablandırıb.

- Salam, Leyli xanım. Necəsiz?

- Çox təşəkkür edirəm, yaxşıyam.

- Leyli xanım, siz bir filmlə tarixdə qaldınız. Bu necə bir hissdir?

- Allah həm rejissor Şamil Mahmudbəyova, həm də Arif Nərimanbəyova rəhmət etsin. Biz uşaq idik, 6-7 yaşımız var idi, film onların zəhməti hesabına yaddaşlarda qaldı.

- Bilirəm ki, filmə təsadüf nəticəsində çəkilmisiz..

- Bəli, valideynlərimlə bulvarda gəzirdim, məni görüb, filmə dəvət etdilər. Səhəri gün bizi çağırdılar, atamla çəkiliş meydançasına getdim. Şeir demək istəyirdim, Şamil müəllim dedi ki, ehtiyyac yoxdur, sən onsuz da çəkiləcəksən, mən Leylini tapmışam. Atam filmə çəkilməyə icazə vermirdi. Deyirdi ki, biz onun nazı ilə oynayırıq, o nə rejissorun, nə də operatorun sözünə qulaq asmayacaq. O ancaq bizim sözümüzə qulaq asır (gülür). Daha sonra mənimlə fəxr edirdi..Mən heç vaxt öz filmimə baxa bilmirəm, gözlərim dolur, kövrəlirəm.

- Film necə çəkildi?

- Əvvəlcə filmin sonunu lentə aldılar, daha sonra əvvəlini. Yadımdadır, Şamaxının Çuxuryurd kəndində çəkilirdik. Orada oynayan qaraçıların hamısı Moskvadan gəlmişdi. Amma çox təəssüf ki, o filmdən film qalmadı, ən maraqlı yerlərini montajda kəsdilər. Ən təsirli səhnə isə Tutunun ölümü idi. Mən o səhnədə ağlamalı idim, bunlar fikirləşdilər ki, məni necə ağlada bilərlər? Tutunu mənə göstərmədilər, qəfildən dedilər ki, o ölüb. Məni saxlamaq olardı? Elə hönkürtü ilə ağladım ki, daha sonra məni saxlaya bilmədilər. Mənimlə birlikdə bütün kollektiv ağlayırdı. Hər şeyi biləndə onlardan incidim, dedim ki, mən filmə çəkilmirəm. Güc-bəla ilə məni razı saldılar.

- Ananızı məşhur aktrisamız, xalq artisti Şəfiqə Məmmədova oynayıb. Həqiqətən də sizə ana kimi yanaşırdı?

- Bəli, ondan qayğı görürdüm. Orada hamı bizi çox istəyirdi. Bizə güldən artıq söz demirdilər, bir dəfə də olsun kollektivin səslərini eşitməmişəm. Bizimlə uşaq kimi oynayırdılar. Şəfiqə xanımla illər sonra gözəllik salonunda görüşdük, mənə dedi ki, səni elə bil buzdolabında saxlayırlar, heç dəyişmirsən (gülür).

- Tutu ilə görüşürsünüz?

- Tutu obrazını Sevil Zeynalova canlandırıb. O İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Sonuncu dəfə məktəbli uşaqlarla görüşdə onunla birlikdə olmuşam. Amma sıx əlaqəmiz yoxdur.

- Bəzi mənbələrdə sizin rolunuzun adı Ağca, bəzilərində isə Xədicə gedir.. Bu nə ilə bağlıdır?

- Xeyr, əslində rolumun adı Xədicədir. Mən uşaqlıqda ağ qız idim, hətta istəyirdilər ki, məni qrim etməsinlər. Daha sonra məni qrim edib, rəngimi tündləşdirdilər.

- Filmdə hansı maraqlı və təhlükəli səhnələr var idi?

- Ən təhlükəlisi ilan səhnəsi idi. Bu səhnədən nə valideynlərimin də, nə də özümün xəbərim yox idi. Ətəyimi açıb ilanı ora buraxdılar. Gördüm ki, biri əlində taxta, biri də bel saxlayıb ki, ilan məni sancmaq istəyəndə onu öldürsünlər. Mənə də deyirlər ki, Leyli qorxma! Deyirəm ki, mənə qorxma deyirsiz, amma əlinizdə onu öldürməyə əşyalar saxlayırsız. Necə qorxmayım? Elə oldu ki, bu səhnə Şamil müəllimin xoşuna gəlmədi. Dedi ki, bu səhnəni bir dəfə də çəkəcəyəm. Qorxudan qızdırmam 39-a qalxdı. Atam bundan xəbər tutdu və dedi ki, xeyr, mənim qızım daha çəkilməyəcək. Sonra həmin ilanlar da qaçıb itdi (gülür). Hər ilana görə o vaxtı ki, pulla Zooparka 70 manat cərimə ödənildi.

- Filmdən nə qədər qonorar aldınız?

- Nə qədər qonorar aldığım yadımda deyil, amma bilirəm ki, Sevildən çox almışdım. Çünki Tutu roluna iki nəfər çəkilirdi, mən isə tək çəkilirdim. Atam həmin pulu mənim üçün yığmışdı.

- Filmin əsas mövzusu təmənnasız dostluqdur. Həqiqətən də rejissor bunu çox gözəl aşılayıb..

- Bəli, Şamil müəllim bunu insanlara göstərib ki, həyatda kimliyindən, vəzifəndən, imkanından asılı olmayaraq təmənnasız dostluq etmək lazımdır. Amma indi bir dənə uşaqlar üçün ibrətamiz film çəkilmir. Mən imkanlı ailədə böyümüşəm, amma heç vaxt valideynlərim mənə deməyib ki, kasıbla dostluq etmə. Həmişə mənə deyirdilər ki, dostlarını özün seç.

- Leyli xanım, hal-hazırda hansı sənətlə məşğulsuz?

- Mən Xoreoqrafiya Akademiyasında musiqi müəlliməsi vəzifəsində çalışıram. Hal-hazırda
dərslərimizi onlayn şəkildə tədris edirik. Düzdü, musiqi dərsini onlayn keçmək çox çətindir. Amma neyləyək? İnşallah ki, yenidən əvvəlki həyatımıza qayıdarıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 18894   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1247
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 771
.

Azərbaycanlı aktrisa: "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Bloger və aktrisa Aydan Hüseynova "Xəbərin var" verilişində maraqlı açıqlamalar verib. xəbər verir ki, o, "Tiktok" sosial şəbəkəsində qazandığı pullardan danışıb. Aktrisa 4 dəqiqəlik yarış zamanı 4 min dollara yaxın pul qazandığını etiraf edib. Bu qazancın normal olduğunu bildirə

14.04.2024 959
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 649
.

Bu da Ayanın SEVGİLİSİ - FOTO

Müğənni Ayan Babakişiyeva sevgilisi ilə şəklini paylaşıb. OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində yerləşdirdiyi fotoda həmin bəyin üzünü gizlədib. "Həm bu dünyaya, həm də mənim dünyama xoş gəldin, həyatımın adamı. Səni çox sevirəm"

14.04.2024 1467
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 727
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 455
.

Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

İnfluenser Aysel Həsəninin (icelinee) "İnstagram" hesabı ikinci dəfə oğurlanıb. bildirir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib. Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb. Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışd

14.04.2024 449
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 771