Tibb işçilərinə vaksin məcburi vurulur? - TƏBİB-dən AÇIQLAMA

Tibb işçilərinə vaksin məcburi vurulur? - TƏBİB-dən AÇIQLAMATibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq vurğulanıb ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

"Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır", - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin "SinoVac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş