Bill Qeyts peyvənd olundu
"Microsoft" şirkətinin yaradıcısı, iş adamı və xeyriyyəçi Bill Qeyts koronavirus əleyhinə peyvənd edilib.
BiG.AZ xəbər verir ki, bu barədə B. Qeyts tvitter səhifəsində yazıb. O, COVID-19-a qarşı dərmanların yaradılmasında iştirak edən hər kəsə təşəkkür edib.
"Bu həftə birinci dozamı aldım və özümü yaxşı hiss edirəm. Bizi bu ana gətirən bütün elm adamlarına, sınaq iştirakçılarına, tənzimləyici qurumlara və öndə olan tibb mütəxəssislərinə təşəkkür edirəm"./Unikal.org
BiG.Az


Xəbərlər Baxılıb: 751 Tarix: 22 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş