AMEA-da yeni TƏYİNATLAR
Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi olub.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, akademik, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Arif Həşimov isə Fizika İnstitutunun baş direktoru təyin ediliblər.
Eyni zamanda, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub. O, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin müşaviri vəzifəsinə təyinat alıb.
AMEA-dan təyinatlar Oxu.Az-a təsdiq edilib.
BiG.Az


Xəbərlər Baxılıb: 468 Tarix: 22 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş