Könül Xasıyeva onu sevən məmurdan danışdı: "Vəsiyyət edib ki..." - VİDEO

Könül Xasıyeva onu sevən məmurdan danışdı: "Vəsiyyət edib ki..." - VİDEO"Məni sevirdi. Hətta o qədər sevirmiş ki, övladına mənim adımı da qoyub. Məmur idi, vaxtsız dünyasını dəyişdi".

BiG.AZ Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva ARB telekanalında yayımlanan "Onun Sirri" proqramında deyib. Sənətçi onu sevən məmurun vəsiyyətindən danışıb:
"Vəfat edəndə vəsiyyət edib ki, məzar daşına ifa etdiyim "Gecələr" mahnısının misralarından yazılsın. Mənə bunu həyat yoldaşı dedi. Biz onun həyat yoldaşı ilə təsadüfən görüşdük, o özü mənə yaxınlaşdı. Görüşdük, şəkil çəkdirdik. Dedi, həyat yoldaşım da sizi çox istəyirdi. Rəhmətə gedib, qızımızın adı da Könüldür. Biz onun vəsiyyətini yerinə yetirdik, məzarını ziyarət etdik. Çox təsirləndim. Əlbəttə, bu cür sevgi hər insana qismət olmur".

Həmin görüntüləri təqdim edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2255   Tarix: 22 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş