ŞAD XƏBƏR: Bu cərimələr LƏĞV EDİLİR

ŞAD XƏBƏR: Bu cərimələr LƏĞV EDİLİRAzərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.

BiG.AZ xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur. /Trend


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4089   Tarix: 22 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş