Ali məktəblərin açılması barədə qərar veriləcək - RƏSMİ
"Fevralın 1-dən etibarən 2 həftə ərzində təhsillə bağlı növbəti qərarlar veriləcək".
BiG.AZ-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təshilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: "Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər".
BiG.Az


Xəbərlər Baxılıb: 1230 Tarix: 22 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş