"Kaş indi, heç olmasa... "-Xoşbəxtlikdən danışan aparıcı heyfsiləndi

"Kaş indi, heç olmasa... "-Xoşbəxtlikdən danışan aparıcı heyfsiləndiAparıcı İradə İsak sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, o facebook hesabında bu sözləri yazıb:

"Məndən soruşsaydılar səni nə vaxt xoşbəxt edək? Uşaq, gənc, ya yaşlı ikən? Düşünmədən uşaq ikən deyərdim.
İnsanın uşaqlığında gördüyünün, yediyin, aldığın, o sevincin əvəzi yoxdur.

Gözütox, psixologiyası bütöv, şən, qayğısız, intellektual böyüməyin yerini heç nə verə bilməz. Həyata 1-0 irəlidə başlayırsan. Mənən acgöz olmursan. Cəmiyyət içi mən qarışıq doludur streslə böyüyən keçmiş uşaqlarla. Depressiya da, aldığımız çəkilər də hamısı bununla bağlıdır.

Nə xoşbəxt ola bilirik, nə həyat görmüşük. İndi qazananda da özümüzə xərcləməyə fürsətimiz olmur. Halbuki biz kimsə üçün yox, özümüz üçün yaşamağa gəlmişdik bu dünyaya. Heyf!

İndi türk rəfiqəmdən öyrəndiklərimi kaş ki, heç olmasa 16 yaşımda mənə deyən, anladan olsaydı. Hər problemimizin altında içimizdəki o kədərli uşaq yatırmış. Yazıq olmuş ona"

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1790   Tarix: 22 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş