Ermənistanın növbəti yalanı: Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar

Ermənistanın növbəti yalanı: Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlarAzərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yekunlaşdıqdan sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmişdilər.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə göndərilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

Bu terrorçu qrupların təxibatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar oldu.

Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçuların Azərbaycan ərazisinə niyə göndərilmişdi?

Terrorçu-diversantların Azərbaycan ərazisinə keçməkdə əsas məqsədləri təxribatlar törətmək olub. Lakin bu qruplar Azərbaycan güc orqanları tərəfindən tam zərərsizləşdirildi.

Bü gün Ermənistan mediasında müxtəlif fikirlər və ziddiyyətli rəqəmlər səsləndirən rəsmilər həmin terrorçulardan fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Bəzi Ermənistan rəsmiləri 62 nəfərin, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235 nəfərin saxlanıldığını iddia edir. Hətta sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, 500-dən artıq erməni hərbçi saxlanılıb. Ermənistan rəsmiləri həmçinin onların azad olunmasını istəyirlər.

Bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi nədir?

Azərbaycan müxtəlif rəsmi səviyyələrdə açıq şəkildə bəyan edib ki, Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri "hamını hamıya" prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün Ermənistanın azad olunmasını istədikləri şəxslərin isə hərbi əsrlərlə bağlı heç bir əlaqəsi yoxur. Həmin şəxsləri Ermənistan hərbi əməliyyatlar dayandırıldıqdan yəni Noyabr Bəyanatından sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərib.

Həmin şəxslərin Azərbaycan ərazisinə müharibə zamanı yox, hərbi əməliyyatlar bitdikdən sonra göndərildiklərini Rusiya rəsmiləri də təsdiq edir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarət böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər.

Bəs bu məsələ beynəlxalq humanitar hüquq normalarına əsasən necə həll olunmalıdır?

Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1145   Tarix: 21 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

15:21 90
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 234
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 385
.

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub. Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib. Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

22.04.2024 628
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 297
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 636
.

"Bir güllə belə atılmadan 4 kəndimizin geri qayıtması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

22.04.2024 348
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 367
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 231