Ömrü uzadan gen kəşf edildi
Çinin paytaxtı Pekində bir qrup elm adamı, qocalmanı aradan qaldıran və ömrü uzadan gen kəşf ediblər.
BiG.AZ Axşam.az-a istinadən bildirir ki, bu haqda "Science Translational Medicine" jurnalında xəbər yer alıb. Məlumatda yeni genin adının "kat7" olduğu qeyd edilib.
Gen ilk dəfə siçanlar üzərində təcrübədən keçirilib. 6-8 ay davam edən sınaqlardan sonra gəmiricilərin yaşının azladığı və ömrlərinin 25% artdığı müşahidə edilib.
Onlar belə genin kəşfinin ilk dəfədir reallaşdırıldığını deyiblər. Çinli alimlər bundan sonra primatlar üzərində də eyni təcrübənin həyata keçiriləcəyini bildirib.
BiG.Az


Şou biznes Baxılıb: 1308 Tarix: 21 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş