Qeyri-adi səsiylə məşhurlaşan Nahidə Babaşlı "PowerTürk Müzik" mükafatına namizəddir

Qeyri-adi səsiylə məşhurlaşan Nahidə Babaşlı "PowerTürk Müzik" mükafatına namizəddirGənc azərbaycanlı ifaçı Nahidə Babaşlı Türkiyənin populyar müğənnilərilə yanaşı nüfuzlu "PowerTürk Müzik" mükafatına namizəddir.

BiG.AZ-ın məlumatına əsasən, bu barədə musiqiçi özü "Sputnik Azərbaycan"a məlumat verib.

"PowerTürk Müzik"ə builki namizədlər arasında Murad Boz, Kənan Doğulu, Alyona Tilki, Sinan Akçil, Sərtab Ərənər, Hande Yenər kimi ulduz isimlər var. N.Babaşlı "Gənc ifaçılar arasında ilin uğuru" nominasiyasında qalib ola bilər.

Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur.

Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2020   Tarix: 21 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş