Xəstəlikdən əziyyət çəkən aparıcı DANIŞDI
Müğənni-aparıcı Seren Serengil İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.
BiG.AZ Axşam.az-a istinadən bildirir ki, sənətçinin yanında sevgilisi Mustafa Tohma da olub. Çəki atmaq üçün mədə əməliyyatı olan və 70 kq.-dan 46 kq.-a qədər arıqlayan Serengil jurnalistlərlə söhbət edib. O, bir müddət əvvəl xəstə halı ilə istirahətə yollandığı üçün onu tənqid edən izləyicilərinin fikirlərinə cavab verib:
"İnsanlar həqiqətən çox zalımdırlar. Onlar istəyirlər ki, Seren ölsün. Mən ora təmiz hava almaq üçün getdim. Uşaqlıqdan bəri xizəklə sürüşməyi sevirəm. Hazırda xəstəliyim yavaş-yavaş keçir. Hətta 2 kiloqram çəki aldım. İnsanların niyə belə reaksiya verdiyini anlaya bilmirəm".
BiG.Az


Şou biznes Baxılıb: 2247 Tarix: 21 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş