Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA

Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMAKoronavirus pandemiyası ilə bağlı artıq ikinci tədris ilidir ki, ölkə üzrə təhsil onlayn formada aparılır. Lakin onlayn təhsilin müəyyən obyektiv və subyektiv problemləri, texniki problemlər, o cümlədən şagirdlərin təhsildən yayınması kimi problemlər ortaya çıxdı.

Artıq ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru dəyişməkdədir, yoluxmaların sayında xeyli azalma baş verib, yoluxanlarla sağalanlar arasında faiz nisbəti uğurlu nəticələrin göstəricisidir. Bu baxımdan ölkədə sərt karantin rejiminin yumşadılması həyata keçirilib, mərhələli şəkildə bir sıra sahələrdə fəaliyyətin bərpasına icazə verilib. Bu gün cəmiyyəti ən çox maraqlandıran suallardan biri də ənənəvi təhsilin bərpa olunub-olunmayacağı ilə bağlıdır. Yaxın günlərdə Təhsil Nazirliyinin bununla bağlı cəmiyyətə ətraflı məlumat verəcəyi bildirilir.

BiG.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova ənənəvi təhsilin bərpa olunmasını vacib hesab edir. Deputat bildirib ki, artıq ölkədə koronavirusa qarşı peyvəndləməyə başlanılıb, mərhələli şəkildə tədris işçiləri də peyvənd olunacaq:

"Yəni bütün bunları, həm virusun azalmasını, həm vaksinasiya prosesinin başlanmasını nəzərə alaraq məktəblərin açılması, ənənəvi təhsilin mərhələli şəkildə bərpası vacibdir. Çünki onlayn təhsil canlı, müəllimlərlə şagirdlərin siniflərdə birbaşa təmasını, yəni dərsin effektivliyi baxımından, şagirdlərin tədris olunan fənləri qavraması baxımından onlayn təhsil ənənəvi təhsili əvəz edə bilməz. Bu, birmənalı olaraq belədir.

Onlayn təhsil pandemiya dövründə müvəqqəti tədbir idi. Koronavirusun yayıldığı zamanda onlayn təhsilə keçid qaçılmaz idi və təhsilin tamamilə dayandırılmasının qarşısını almaq üçün yeganə yol idi. Ancaq məlum olduğu kimi onlayn təhsildə müəyyən obyektiv və subyektiv səbəblərdən problemlər ortaya çıxdı, fasilələr yarandı, o cümlədən texniki problemlər səbəbindən bəzi şagirdlərin təhsil almasında çətinliklər yarandı".

A.Həsənova vurğulayıb ki, gələcək nəslin təhsili ölkəmizin təhlükəsizliyi qədər önəmli və vacib məsələdir: "Uğurlu təhsil uğurlu gənclik deməkdir, uğurlu gənclik isə uğurlu dövlət deməkdir. Bu baxımdan ənənəvi təhsilin bərpası çox önəmlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1622   Tarix: 21 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678