Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı - VİDEO
Bursada qar yağdıqdan sonra havanın kəskin soyuması səbəbindən yollar donub. Buzlu yolda gəzməkdə çətinlik çəkən vətəndaşlar zaman-zaman yıxılır və yaralanma riski ilə üzləşirlər.
BiG.AZ Unikal.org-a istinadən xəbər verir ki, buz bağlamış yolda hərəkət edən ata və qızı yaralanmaqdan son anda xilas olublar. Belə ki, ayağı sürüşən ata qucağındakı qızı yıxılmasın deyə tarazlığını qorumağa çalışıb.
Atanın bu anı müşahidə kameralarına anbaan əks olunub. Türkiyədə izləmə rekordu qıran video hər kəsi duyğulandırıb.
BiG.Az


Xəbərlər Baxılıb: 878 Tarix: 21 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş