Azərbaycanda AĞIR QƏZA: Yaralanan var

Azərbaycanda AĞIR QƏZA: Yaralanan varBakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1830   Tarix: 21 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş