Bu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLAR

Bu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLARVətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də baş leytenant Səid Rəşidzadədir. O, vaxtilə Polad Həşimovla bir səngərdə döyüşüb.

Sonxeber.az yaxınlarının dili ilə şəhidin həyat hekayəsini izləyicilərə təqdim edir.

Səid Rəşidzadə 28 yanvar 1990-cı ildə Füzulinin Horadiz qəsəbəsində dünyaya göz açıb. Atası Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon Icra Hakimiyyətinin başçısı kimi çalışıb. Həm də I Qarabağ döyüşləri zamanı Füzuli özünümüdafiə batalyonunun komandiri olub, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.

Səid 1996-2007-ci illərdə Bakının Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə H.Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub.

Yaxınları deyir ki, Səid çox zarafatcıl biri olub. Uşaqla uşaq, böyüklə böyük olub.

2011-ci ildən etibarən ordumuzda xidmətə başlayıb. 2016-cı ilin "Aprel döyüşləri" zamanı Polad Həşimovla çiyin-çiyinə döyüşüb. Səid ordudan tərxis olunub.

"Tovuz döyüşləri" zamanı Polad Həşimovun şəhid olması Səidə ağır təsir edib. Həmin gündən könüllü kimi orduya yazılıb. Vətən müharibəsi başlayanda Səid sentyabrın 27-dən döyüşlərə qatılıb.

Bir çox döyüşlərdə iştirak edib. Oktyabrın 11-də isə Səidin son döyüşü olub. Hadrut uğrunda gedən döyüşlərdə düşmənə ağır itkilər yaşadıb. Erməni bayrağını endirib, özü ilə gətirdiyi Azərbaycan bayrağını asan zaman düşmən snayperi tərəfindən vurularaq, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Leytenant Raqif Xanışov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin işğaldan azad edilməsi üçün mühüm əhəmiyyət daşıyan yüksəkliyin düşməndən təmizlənməsi uğrunda döyüşlərin iştirakçısı olmuş hərbçilərimizdəndir. Cənab leytenant Səid haqqında bunları danışıb:

"Biz hələ Beyləqanda idik. Beyləqandan çıxanda baş leytenant Səid Rəşidzadə də bir bayraq götürdü. Bu bayrağı aldığımız ilk yüksəkliyə, ilk kəndə sancacağını dedi. Elə oldu ki, biz Hadrutdakı bir strateji yüksəklik uğrunda döyüşə girdik. Həmin yüksəkliyi almalı idik. Haradasa yarım kilometr irəlilədikdən sonra biz 7 nəfər - baş leytenant Səid Rəşidzadə, leytenant Elgün Kazımov, MAXE-lər - Xalid Abdullayev, İqbal Qurbanov, Yadigar Əsgərzadə, Əsgər Əmrah Səfərli və mən - meşədə tək qaldıq. Çox çətin vəziyyətdə idik və bizə bir əmr verilmişdi: ancaq irəli! Hücuma keçib meşə ilə irəlilədik. Düşmənlə təmas döyüşü oldu. Açığı, biz nə qədər böyük bir məsuliyyətin altına girdiyimizi bilmirdik. Biz necə strateji əhəmiyyətli yüksəkliyi aldığımızı sonradan başa düşdük. Qarşıda nə qədər düşmən var, onu da bilmirdik. Döyüşə-döyüşə xeyli irəlilədikdən sonra meşə bitdi və açıqlıq yerə çıxdıq. Oradan Hadruta düşən yol var idi. Həmin yüksəkliyə çıxdıq, orada erməni bayrağı asılan bir dirək var idi. Nə edəcəyimizi bilmirdik. Döyüş sursatımız tükənmişdi. Öldürdüyümüz ermənilərin patronlarını götürmüşdük. Həmin yüksəklikdə düşmən qalmamışdı. Ermənilər qaçıb qarşıdakı dərədə gizlənmişdilər. Təxminən 60 nəfərə yaxın olardılar. Həmin dərəyə qumbara atdıq, bir xeyli erməni çıxdı, bir hissəsini vurduq, qalanları da Hadruta qaçdılar. Oradan bir xeyli silah-sursat, rabitə əlaqəsi qənimət götürdük. O vaxta qədər bizim texnikamız orada irəliləyə bilmirdi. Həmin yüksəklik alınandan sonra Hadrut azad edildi. Biz elə bildik ki, artıq bitdi, yüksəkliyi tam almışıq. Baş leytenant Səid Rəşidzadə erməni bayrağı asılan dirəyə yaxınlaşdı ki, o bayrağı salıb, Azərbaycan bayrağını qaldırsın. Dirəyə yaxınlaşan kimi snayper onu vurdu. Sonra bizə kömək gəldi. Dirəyə yaxın getmək olmurdu, yaxınlaşan kimi snayper atəş açırdı. Ona görə də avtomatla vurub erməni bayrağını aşağı saldıq. Sonra erməni snayperi olan yeri atəşə tutduq, snayper qaçdı. Biz orada qaldırmaq üçün Səidin özüylə gətirdiyi Azərbaycan bayrağını götürdük, o döyüşdə şəhid olmuş beş nəfər qardaşımızın adını üstünə yazıb bayrağı yüksəklikdə dalğalandırdıq.

Həmin o yüksəkliyi alan 7 nəfərdən ikisi şəhid oldu. Dediyim ki, o döyüşdə şəhid olanlardan biri Səid idi. O biri qardaşımız Əmrah Səfərli isə sonradan Şuşa əməliyyatında şəhid oldu. Qalan 5 nəfərimiz isə sonrakı döyüşlərdə yaralandıq. Ayrı-ayrı bölmələrdən olsaq da, biz tez-tez görüşürdük, elə bil, Hadrut əməliyyatı, Səidin ruhu bizi birləşdirmişdi. Səidlə təxminən bir həftə idi, tanış olmuşduq, amma o qədər istiqanlı insan idi, elə bil, bir-birimizi uzun illərdir ki, tanıyırdıq, dostluq edirdik. O günü görmək Səidin özünə nəsib olmasa da, bir təsəllimiz var ki, onun Beyləqandan özü ilə götürdüyü o üçrəngli bayrağımızı Hadrutdakı yüksəklikdə dalğalandıra bildik. Əslində, o bayrağı elə Səidin özü dalğalandırmış oldu. Allah bütün Şəhidlərimizin ruhunu şad etsin!"

Hələ ailə qurmayan Səid Füzuli rayonunda, uğruna canından keçdiyi torpağa tapşırılıb.

Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnət olsun!

Bu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLARBu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLARBu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLARBu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLARBu ŞƏHİDİMİZ vaxtilə Polad Həşimovla çiyin-çiyinə döyüşüb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4086   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608