Vətəndaşı məcburi peyvənd etmək olarmı?– Tibbi hüquqşünasdan AÇIQLAMA

Vətəndaşı məcburi peyvənd etmək olarmı?– Tibbi hüquqşünasdan AÇIQLAMAKoronavirus peyvəndi Azərbaycana gətirildikdən sonra ilk növbədə poliklinikalarda vaksinləşmə başladı.

Redaksiyamıza daxil olan məlumata görə, artıq şəhər poliklinikaları ərazi üzrə evlərə zəng edərək, ailədə 1938-1945-ci illər arası təvəllüdlü ailə üzvünün olmasını soruşur və onların peyvənd olunması üçün dəvət olunacağı bildirilir.

Ailələr yaşlı ailə üzvlərinin məcburi peyvənd ediləcəyindən narahatdır.

Ümumiyyətlə, peyvənd məcburi vurula bilərmi?

BiG.AZ-ın məlumatına görə, tibbi hüquqşünas, professor Vüqar Məmmədov hüququ baxımdan medicina.az-a açıqlama verib.

Peyvəndə dəvət olunan şəxs nə etməlidir?

" Hüquq vətəndaşa heç bir təsir və təzyiq olmadan könüllü peyvəndin vacibliyini bildirir.
Bu könüllü razılıq prinsipləri əsasında olmalıdır.

Vətəndaş istəmirsə, ona nəinki peyvənd, ümumiyyətlə, heç bir tibbi müdaxilə etmək olmaz.

Vətəndaşın ixtiyarı var ki, peyvənd haqqında məlumatı, təlimatı öyrənsin. Ona ətraflı məlumat verilməlidir: vaksin hara istehsalıdır, instruksiyasında nələr var, hansı yan təsirləri ola bilər. Tərcüməsi yoxdursa, tələb edə bilər.

Prezidentin də qeyd etdiyi kimi Azərbaycanda koronavirus peyvəndi könüllüdür.

İndi internetdə də, Wikipediada-da Azərbaycana gətirilən Çin peyvəndi haqqında məlumat, təlimat var. Oxusunlar, maariflənsinlər. Vətəndaş peyvənd qərarını özü verməlidir, başqasının fikri ilə qərar vermək olmaz.

Vətəndaşı istənilən halda peyvəndə məcbur etmək hüquqa ziddir".

Vətəndaşı məcburi peyvənd etmək olarmı?– Tibbi hüquqşünasdan AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1931   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş