Nəvələri olan 50 yaşlı qadın 22 yaşlı oğlana ərə gedir - FOTOLAR
ABŞ-ın Şimali Karolina şatında yaşayan 50 yaşlı Şeron Houkins "Tinder"də tanış olduğu 22 yaşlı Perri Hopsteinlə ailə qurmağa hazırlaşır.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, Şeron 16 illik evlilikdən sonra 2015-ci ildə yoldaşından boşanıb.
"Münasibətlərimizin son ilində 20 yaşlı oğlanlara baxdığımın fərqinə varırdım" deyən qadın ayrıldıqdan sonra "Tinder" tanışlıq proqramını yükləyərək gənc oğlan "axtarışına" çıxıb.
Şeron özündən 28 yaş kiçik olan Perri Hopsteini bəyənib.
"Perrinin dərin baxışlı mavi gözləri, qəhvəyi saçları və əzələli qolları var idi. O, modelə oxşayırdı", - deyə qadın fikirlərini ifadə edib.
O, oğlana nəvələrinin olduğunu desə də, Perri buna əhəmiyyət verməyib və 2020-ci ilin iyun ayında Şeronun evinə köçüb.
Şeron Hopsteinin onun üç övladından da kiçik olduğunu və bəzilərinin onu sevgilisinin anasına bənzətdiklərini etiraf etsə də, cütlük bu il toy etməyi düşünür.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş