"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan

"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcanQarabağda Azərbaycanın qələbəsi həm də Ermənistanla sərhədlərin yenidən müəyyənləşdirilməsi zərurətini ortaya çıxardı. Bir çox yaşayış məntəqələri yavaş-yavaş tarixi vətəninə qaytarılır. Azərbaycan addım-addım ərazi bütövlüyünü bərpa etməyə çalışır.

BiG.AZ Bizimyol.info-ya istinadən xəbər verir ki, əsasən Zəngəzur bölgəsində bir sıra yaşayış məntəqələri bizim ölkəyə təhvil verilib. Ermənistanda bununla bağlı həyəcan təbili çalırlar. Müxaliflər hökuməti Zəngəzurun itirilməsi gerçəyi ilə üz-üzə qoyan razılaşmanı imzaladığına görə sərt tənqid edir. Yerli media da bu axından geri qalmır.

Ermənistanın "Joxovurd" qəzeti Zəngəzurla bağlı yazı hazırlayıb. Məqalə əsasən zəbt edilən Azərbaycan mahalının əldən getməsinə həsr olunub.

"Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə zərər görmüş vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı Ermənistana qarşı şikayət göndərib. Tanınmış mütəxəssislərin və azərbaycanlı vəkillərin hazırladığı şikayət yanvarın 15-də təqdim olunub. Ərizədə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması faktları yer alıb. Azərbaycan prezidenti İlham Əliyevin adından təqdim olunan sənəddə Ermənistanın əvvəllər "işğal etdiyi" ərazilərdə çoxlu minaların basdırıldığı, Azərbaycan kəndlərinin və şəhərlərinin yer üzündən silindiyi, Azərbaycan vətəndaşlarının öz evinə qayıtmaq imkanından məhrum edildiyi yazılıb".

"Joxovurd" hələ 2020-ci il noyabrın 21-də yazırdı ki, Azərbaycan dəyən zərərə görə Ermənistandan 50 milyard dollar kompensasiya tələb edəcək, bu isə yoxsul ölkə üçün astronomik rəqəmdir. "Joxovurd" iddia edir ki, Azərbaycanın İnsan Haqları Komitəsindəki nümayəndəsi kompensasiya məbləğinin əvəzində Zəngəzurun verilməsi variantından danışıb.

Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan iki il əvvəl bu məsələdən söz açmaqla uzaqgörənlik nümayiş etdirmişdi. O, hakimiyyəti ayıq olmağa çağırmışdı. Kostanyan deyirdi ki, Azərbaycan Ermənistanın vurduğu zərərlə bağlı Avropada hüquq müdafiəçiləri ilə danışıqlar aparır. Onda Nikol Paşinyan hökuməti məsələyə ciddi yanaşmamışdı.

"Joxovurd" yazır ki, 9 noyabr razılaşması Azərbaycana maddi təzminat tələbi ilə Ermənistana qarşı iddia qaldırmağa əsas verib. Ermənistan öz növbəsində yanvarın 16-dan əks-hücum üçün sənədlər toplamağa başlayıb. "Joxovurd" istənilən halda Azərbaycanın bir addım öndə olduğunu bildirir. Qəzetin proqnozuna görə, Azərbaycan təzminat tələbini qanuniləşdirəcək və Ermənistan məbləği ödəyə bilməsə, hüquq çərçivəsində Zəngəzuru tələb etmək imkanı qazanacaq.

Hazırda Ermənistanın "ziyalı dairələrində" bu məsələ ciddi müzakirə olunur. Hətta belə təkliflər var ki, Azərbaycanla ərazi mübadiləsinə razılaşaq, əks halda, həm Qarabağ, həm də Zəngəzur Azərbaycanın olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1838   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16.04.2024 202
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16.04.2024 239
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

16.04.2024 0
.

Uqandada "Qırmızı Göz" xəstəliyi yayılıb

Son 3 həftədə Uqandada yoluxucu "qırmızı göz" (konyunktivit) xəstəliyi yayılıb. BİG.AZ xəbər verir ki, xəstəlikdən əziyyət çəkənlərin sayı 7500 nəfəri keçib. Bu barədə Uqanda Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada son 3 həftədə yoluxma sayının 954-dən 7596-ya yüksəldiyi bildirilib. Səhiyy

16.04.2024 0
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16.04.2024 0
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

16.04.2024 222
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16.04.2024 0
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16.04.2024 179
.

"Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi"

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. İran-ABŞ, İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəya

16.04.2024 0