Yol polisi sürücülərə xəbərdarlıq etdi - SABAH DİQQƏTLİ OLUN!

Yol polisi sürücülərə xəbərdarlıq etdi - SABAH DİQQƏTLİ OLUN!"Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərə qarlı havada və buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur".

BiG.AZ xəbər verir ki, bu barədə Redaktor.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib. O, sürücüləri diqqətli olmağa çağırıb:

"Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimlənməlidirlər. Sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur.

Həmçinin, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri həm özlərinin, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər.

Bunları nəzərə alaraq həmin sürücülərin qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur".

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti yanvarın 21-22-də respublika ərazisində çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağını bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş