Vaksinasiyadan sonra qadının bütün bədənində qıcolmalar yarandı - VİDEO

Vaksinasiyadan sonra qadının bütün bədənində qıcolmalar yarandı - VİDEOAmerikalı Brent Grayner "Pfizer" peyvəndini vurdurduqdan sonra anasında yaranan şiddətli nevroloji reaksiya barədə görüntüləri sosial şəbəkədə paylaşıb.

Bu barədə RT xəbər yayıb.

Graynerin sözlərinə görə, vaksinasiyadan bir gün sonra anası şiddətli baş ağrısı ilə oyanıb və bu, bir neçə gün davam edib. Sonra qadının ayaqlarında qıcolmalar yaranıb.

"Bu, inyeksiyadan üç gün sonra baş verdi. Ertəsi gün gəzərkən artıq ayaqlarının hərəkətini idarə edə bilmirdi. Bu səbəbdən xəstəxanaya yerləşdirildi. Həkimlər peyvənddəki metalların nevroloji reaksiyaya səbəb ola biləcəyini söylədilər"./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12060   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş