51 yaşlı Cennifer Lopesin gənclik sirri AÇIQLANDI - VİDEO

51 yaşlı Cennifer Lopesin gənclik sirri AÇIQLANDI - VİDEOBu il "Jlo Beauty" adlı dəriyə qulluq kosmetika xəttini təqdim edən 51 yaşlı Cennifer Lopes gənclik sirrini izləyiciləri ilə paylaşıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, ideal bədən ölçülərinə malik olan ulduz bütün müsahibələrində idmanı, düzgün qidalanmanı, affirmasiyaları və onlardan əldə etdiyi effektləri mütəmadi olaraq təbliğ edir. Ceylonun sözlərinə görə, gəncliyi qorumaq üçün heç vaxt botoks və ya digər kosmetoloji müdaxilərdən istifadə etməyib. Onun gözəlliyi daxildən gəlir. Zeytun yağına əsaslanan serumlar və gellər dərinin yaxşılaşdırılmasına kömək edən əsas vasitələrdir. Bu üsuldan həm nənəsinin, həm də anasının istifadə etdiyini deyir. Lakin Lopesin təbii üsullardan sitifadə etməklə gənc qaldığına inanmayanlar da var.

Ceylonun instaqramda paylaşdığı videosundan sonra bəzi izləyicilər onun dürüstlüyünü şübhə altına alıb. Yeni məhsulun reklamını edən müğənni serumdan sonra dərisinin daha hamar və parlaq olduğunu, sanki 10 yaş cavanlandığını qeyd edib. Ancaq bəzi istifadəçilər qaşlarının və alnının qətiyyən tərpənmədiyini yazaraq məşhuru ifşa edib. Bəziləri müğənninin botoks etdirdiyini, bəziləri isə plastik cərrah möcüzəsi olduğunu iddia edib. Haqqında səsləndirilən ittihamlara susmayan müğənni bildirib ki, deyilənlərin heç bir doğru deyil:

"Bu gülməlidir! Öz üzümdür! 500 milyonuncu dəfə izah edirəm ki, heç botoks etməmişəm, iynə də vurdurmamışam, əməliyyat da etməmişəm. Gözəlliyin sirri bax budur: həyatınızı daha şən notlarda keçirin, mehribanlıq içində yaşayın və başqalarını ruhlandırmağa çalışın. Başqalarını alçaltmaq üçün vaxtınızı itirməyin. Gənc və gözəl qalmağınıza kömək edəcək. Hər kəsə sevgilər..."

Tanınmış kosmetoloq Alyona Saromıçkaya Ceylonun etdirdiyi prosedurlara aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, Cennifer Lopezin heç bir kosmetoloji prosedur etmədiyini demək doğru olmazdı:

"Sağlam həyat tərzinə çox diqqət yetirir, qidalanmasına nəzarət edir, idmanla məşğul olur. Şayiələrə görə, ulduz müstəqil klinik tədqiqatlarla sübut olunmuş gənclik genlərini aktivləşdirən BBL FOREVER YOUNG prosedurunu çox sevir. Stanford Universitetində aparılan bir araşdırma BBL texnologiyası yaşlanma prosesini ləngidir. Prosedura hüceyrələrin yenilənməsini və kollagen sintezini stimullaşdırır, bunun nəticəsində dəri elastikliyi artır, qırışlar azalır. Əlbətdə ki, genetikası da güclüdür, bu məsələdə şanslıdır, lakin elm adamlarına görə, bədən quruluşu və görünüşün yalnız 15% -i bundan asılıdır. Epigenetika, yəni həyat tərzi sağlamlığın və dərinin keyfiyyətinin qalan 85% -nə cavabdehdir. Cennifer idmana çox diqqət yetirir, əla fiziki formaya malikdir. Hamının bildiyi kimi çəkiyə nəzarəti ptozis (dəri sallanması) əleyhinə əsas metodlardan biridir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2601   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697